Ayaz Mütəllibov: "55 yaşımda həyata sıfırdan başlamalı idim"

Kulis.Az yeni və fərqli bir layihəyə başlayır. "Mən də yaşamışam"da tanınmış ictimai-siyasi xadimlər, incəsənət adamları, idmançılar həyatdan öyrəndikləri haqda danışıb təcrübələrini bölüşəcəklər. Layihənin ilk qonağı Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovdur.

 

Ayaz Mütəllibov - Azərbaycan Respublikasının birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi. 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Soyuducular Zavodunda işə düzəlib və 26 yaşında zavodunun müdiri təyin olunub.

 

1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri vəzifəsinə keçib. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

 

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin mayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

 

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

 

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018