Səni hər eynəkli adama oxşatmaq darıxmaqdı

 

Sənin üçün darıxmaq,

Şəklinə baxıb ağlamaq deyil dost,
Səhəri axşam 4-də bilib candərdi
yataqdan qalxmaqdır,
sənin üçün darıxmaq
telefonumda nömrəni axtarmaq deyil,
əlil dilənçiyə verdiyin qəpiklər,
yerə düşməsin deyə
ovcunu sıxmaqdır,
sənin üçün darxımaq qəbrini
ziyarət etmək deyil dost,
sevdiyin qadının halını sormaqdır,
yanına gedib yoluxmaqdır,
üzülmək, kədərlənmək deyil dost,
ananın sənin adına bişirdiyi yeməkdən
bir loxma dadmaqdır,
sevdiyin filmləri izləmək, 
dinlədiyin musiqiləri dinləmək, 
oxuduğun kitablara toxunmaqdır,
dolaşdığın küçələri bir də keçmək,
səni hər tini burulanda uzaqdan
gələn eynəkli adama oxşatmaqdır,
saatlarla pəncərədən lövbər salan
gəminin işıqlarını sığallayan ləpələrdə
ümidlərini boğmaqdır,
sənin adına şeir yazmaq, pozmaq, 
yazmaq, pozmaq,
yazmaqdır...

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018