Orxan Fikrətoğludan yeni kitab

Orxan Fikrətoğlunun yeni kitabı nəşr olunub. “Tək” adlı kitabda eyniadlı roman, iki pyes və iki hekayə yer alıb.

 

Kulis.Az-a danışan Orxan Fikrətoğlu yeni kitabının maraqla qarşılanacağını bildirib: “Arxasında dura biləcəyim bir kitab ərsəyə gəlib. Mən Coysu, Prustu sevsəm də, oxucu publisistik dilə öyrəşib. “Tək” romanı sadə dildə və realistcəsinə yazılıb. Romanın qəhrəmanı Qarabağda anadan olub. İşğal onu Bakıya gətirib çıxarır və o, sonradan terrorçuya çevrilir. Yaşadığı dövr ona bütün sevdiklərini öldürtdürür. Nə din, nə yaxınları, heç kim ona yiyə durmur. Qəhrəman sonda özünü öldürür. Hekayələr isə fantasmaqorikdir”.

 

"Tək" kitabı “Elm və təhsil” nəşriyyatında 500 tirajla çap olunub.  

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017